Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kitab böyük müəllimdir

23.04.2024

23 aprel 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında 23 aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar "Kitab böyük müəllimdir" mövzusunda məlumat saatı təşkil edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Kitab və Müəllif Hüquqları Gününün qeyd edilməsi hamını, xüsusilə yeniyetmə və gəncləri bədii qiraətə cəlb etməyə, həmçinin bəşəriyyətin sosial və mədəni tərəqqisinə xidmət edən şəxslərin əməyinə hörmət edilməsinə çağırmaqla, kitablara və müəlliflərə lazımi qiymət verilməsi məqsədi daşıyır. Eyni zamanda bədii qiraətin yeniyetmə və gənclərin şəxsiyyət kimi formalaşmasında əhəmiyyətindən söhbət açılıb və "Kitab böyük müəllimdir" başlığında sərgiyə baxış olub.