Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Beynəlxalq Mədəniyyət Günü ilə bağlı tədbir keçirilib

15.04.2024

15 aprel 2024 - cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində “15 Aprel - Beynəlxalq Mədəniyyət Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayonu əhatə edən bütün mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edirdi.

 Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə, Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra “15 Aprel - Beynəlxalq Mədəniyyət Günü” haqqında məlumat verilib. Çıxışlarda ölkəmizdə mədəniyyətimizin inkişafı və qədim adət-ənənələrimizin qorunub saxlanması istiqamətində görülən işlərdən danışılıb, Azərbaycan mədəniyyətinin çoxşaxəliliyindən və özünəməxsusluğundan bəhs edilib. Tədbirin bədii hissəsində xalq musiqilərimizdən ibarət konsert proqramı təqdim olunub.