25.04.2024
Aprelin 25-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları və sağlam gənclik” mövzusunda tədbir keçirilib.
Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin və Gəncə Regional Ombudsman aparatının birgə təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində uşaq hüquqları və onların mənafeyinin müdafiəsi istiqamətində maarifləndirici videoçarx nümayiş olunub, mövzu ilə bağlı çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.