Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

25.04.2024

Aprelin 25-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və

Ağstafa rayon Mərkəzi Kitabxana sisteminin birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Ağstafa rayon Mərkəzi Kitabxana sisteminin əməkdaşları iştirak edib.

 

Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova çıxışında Mir Cəlalın Paşayevin zəngin həyat və fəaliyyəti haqqında danışıb, görkəmli yazıçı, ictimai və elm xadimi, qayğıkeş ata, xeyirxah insan, milli dəyərləri təbliğ və tərənnüm edən aydın kimi xarakterik özəlliklərini vurğulayıb. O, Mir Cəlal ömrünü gənc aydınlar, yazıçılar, alimlər üçün örnək ömür adlandırıb. 

Sonra çıxış edən mərkəzin əməkdaşı Səbinə İsgəndərli, MKS-in filial müdiri Leyla Bayramova və əməkdaşı Göyçək Sadıqova bildiriblər ki, Mir Cəlal Paşayevin əsərlərində həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən ideyalar ətrafında danışarkən ədibin yaradıcılığında millilik və azərbaycançılıq amilinin həmişə uca olduğunu xüsusilə vurğulayıblar.

Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığı ilə bağlı videoçarx təqdim olunub.