Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bir gəncin manifesfi

29.04.2024

29.04.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy rayon Mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Mir Cəlal Paşayevin anadan olmasının 116-cı il dönümünə həsr olunmuş " "Bir gəncin manifesfi" adlı tədbir keçirilib. Tədbirdə Gədəbəy şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib. Tədbiri giriş sözü Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov açıb. Pərviz müəllim öz çıxışında bildirib ki, XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınmışdır. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur.

"Bir gəncin manifesti" əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda, onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri "Dənizin cinayəti", "Ananın vəsiyyəti", "Müxbir" çap olunmuşdur. Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da bu böyük ədibin 100 illik yubileyindən sonra əsərləri çap olunaraq maraqla oxunur. Daha sonra mövzu ətrafında Gədəbəy rayon Mədəniyyət Mərkəzinin direktoru Elmira Hacıyeva, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Zamiq Söyünov, Gədəbəy rayon MKS-nin əməkdaşı İlhamə Həsənova, Gədəbəy şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Vəfa Abbasova da çıxış ediblər.Tədbir iştirakçıları Mərkəzin akt zalında Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs edən videoçarx izləyiblər.