Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Könül mülkün sultanı

04.04.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində 04.04.2024-cü il tarixdə “Könül mülkün sultanı” adlı tədbir keçirib. Tədbirdə kitabxananın əməkdaşı qeyd edib ki, Məhəmməd Füzuli Аzərbаycаn ədəbiyyаtının inkişаfındа əsаslı yеr tutаn, Şərq хаlqlаrı ədəbiyyаtınа güclü təsir göstərən, zəngin ədəbi irsə mаlik оlаn, оrtа əsrlər ədəbiyyаtımızdа аnа dilində yаrаnаn şеirin, lirik pоеziyаnın ən böyük yаrаdıcılаrındаn biri оlmuşdur. О, öz bədii yаrаdıcılığı ilə gənc nəslin tərbiyəsində əsаslı хidmət göstərmişdir Füzuli sənəti, zəngin şeir yaradıcılığı öz xalqının malik olduğu böyük ədəbi-bədii mirasa əsaslanır. Füzuli lirikasının əsil qüvvət və qüdrət mənbəyi xalqdır, həyatdır. Lakin aydındır ki, söz sənətinin ən böyük nailiyyətlərindən biri olan Füzuli şeiri yalnız yüksək mədəni inkişaf nəticəsində yarana bilərdi. Füzuli üç dili mükəmməl bilməsi sayəsində türkdilli xalqların mədəniyyətini, fars və ərəb dillərində yaradılmış elmi, ədəbi abidələri əsaslı sürətdə öyrənmiş mütəfəkkir bir sənətkardır. Kitabxananın oxucuları Məhəmməd Füzulinin yaradıcılıgından parçalar söyləyiblər. Sonra Məhəmməd Füzuliyə həsr olunmuş videoçarx izlınilib. Tərtib edilmiş sərgiyə baxış keçirilib.