04.04.2024
04.04.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy MKS-nin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin 8-ci il dönümü ilə əlaqədar olaraq " Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir" adlı dəyirmi masa təşkil edilmişdir. Tədbirdə ilk öncə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Daha sonra Mərkəzin əməkdaşı Zamiq Söyünov və MKS-nin əməkdaşı Şöhrət Yusubova çıxış edərək bildiriblər ki, bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarqsyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.
Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib.