04.04.2024
4 aprel 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində Aprel döyüşlərinin 8-ci ildönümü münasibətilə "Böyük Zəfərin başlanğıcı" adlı dəyirmi masa keçirildi. Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova qeyd edib ki, Azərbaycan Ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 8 il ötür. 2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi.
Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Sonra muzeyin digər əməkdaşları Aprel döyüşləri haqqında ətraflı danışıblar.