Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə şagirdlərin ekskursiyası təşkil edilib

01.05.2024

01.05.2024-cü il tarixdə 2024-cü ilin Tədbirlər planına uyğun olaraq Gədəbəy rayon Parakənd kənd tam orta məktəbin müəllim və şagird kollektivinin Gədəbəy rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub. Mərkəzin əməkdaşı Sevər Tağıyeva şagirdlərə Mərkəzin muzey hissəsində Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.Daha sonra şagirdlər Mərkəzin konfrans zalında olublar. Burda şagirdlərə 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik" olunmasından və bununla bağlı təşkil olunan tədbirlərdən bəhs edilib. Mərkəzin akt zalında şagirdlər "Heydər Əliyev və uşaqlar" adlı sənədli film izləyiblər. Sonda Mərkəzin önündə xatirə şəkli çəkilib.