01.05.2024
01 may 2024-cü il tarixində Ağstafa Rayon Hüseyn Arif Ev Muzeyi və Ağstafa rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq "Ağ ölümdən qorunaq və qoruyaq" başlığı altında tədbir keçirtdilər.Tədbirdə Ağstafa şəhər 2 saylı tam orta məktəbin yeniyetmə şagirdləri də iştirak etdi.Tədbirdə çıxış edənlər narkomaniya və psixotrop maddələrin yaratdığı fəsadlardan,insan sağlamlığına vurduğu zərbələrdən geniş şəkildə danışdılar.Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və onun zərərləri mövzusunda maarifləndirmək idi.