21.11.2018
21 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tapşırığına əsasən “Bölgələrdən bölgələrə” adlı konsertlərin təşkil olunması ilə əlaqədar Qazax rayon Mədəniyyət Mərkəzində Ağstafa REgional Mədəniyyət İdarəsi ilə Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Flarmoniyasının “Xəmsə” estrada qrupunun konsert proqramı təşkil olunub. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev və Ağstafa Regional Mədəniyyət İdarəsinə tabeliyində Qazax, Ağstafa və Tovuz rayonlarının 400 nəfərdən çox mədəniyyət işçiləri iştirak edib. Konsertdə qrupun üzvlərindən Vasif Bayramov, Əli Məmmədov, Xəyal Əliyev, Əməkdar artist Kəmalə Tağızadə, Samirə Məmmədova, Azər Verdiyev bir-birindən maraqlı mahnılar ifa ediblər.
22 noyabr 2018-ci il tarixdə isə Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Gəncə şəhərində konsert proqramı ilə çıxış edəcəkdir.