Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Narkomaniya ilə mübarizə ilə bağlı şagirdlərə maarifləndirici məruzə təşkil edildi

29.04.2024

29 Aprel 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi Kitabxanası Qazax şəhər 1 nömrəli Tam Orta Məktəbdə “Narkomaniyaya “YOX” deyək!” adlı maarifləndirici tədbir keçirib. S.Əfəndiyev adına Qazax şəhər 1 nömrəli Tam Orta Məktəbin 9-cu sinfində keçirilən tədbir zamanı kitabxana əməkdaşları şagirdlərlə görüşdə sabahımız, gələcəyimiz olan gənc nəslin sağlam ruhda tərbiyəsinin ölkəmizdə dövlətin və cəmiyyətin əsas vəzifəsi olduğunu qeyd ediblər. Bildiriblər ki,bu gün irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olan narkomaniyaya qarşı mübarizə istiqamətində, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri genişləndirilir.

 “Gənclər bizim gələcəyimizdir–Gəncliyimizi qoruyaq”, “Narkomaniyaya “YOX”d eyək!”, “Narkomaniya nə vaxt, harada yaranır?”, “Narkotiklərin orqanizmə təsirləri” başlıqda maarifləndirici vərəqələr paylanılıb, məktəblilərlə səmimi söhbət aparılıb. Sağlam gələcəyimiz naminə aparılan tədbirlər hər bir kəsin mənəvi vətəndaşlıq borcu olduğu qeyd edilib.