Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

LQazaxın Orta Salahlı kəndində yaşayan Mesxeti türkləri ilə Ramazan bayramı qeyd edildi

10.04.2024

10 aprel 2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin və MKS-nin təşkilatçılığı ilə Qazax rayon Aşağı Salahlı kənd Diyarşünaslıq evi ilə kənd kitabxana filialının əməkdaşları 11ayin Sultanı- Ramazan bayramı münasibəti ilə Orta Salahlı kəndində yaşayan Mesxeti türklərindən olan 96 yaşlı Abdullayev Seyfulla babanın ailəsində olub, orada bir neçə Mesxeti türkləri ilə görüş keçiriblər. 

Tədbirdə iştirak edən mədəniyyət işçiləri Seyfulla babanı və bütün tədbir iştirakçılarını bu bayram münasibəti ilə təbrik ediblər. Eyni zamanda kənddə yaşayan, tədbirdə iştirak edən Mesxeti türkləri də çıxışlarında xalqımızı, Seyfulla babanı və bütün bütün hər kəsin bayramını təbrik edərək mədəniyyət işçilərinə onlara görə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.