14.05.2024
14 may 2024-cü il tarixində Tovuz rayon Mərkəsi kitabxanası Adil Qasımov adına şəhər tam orta məktəbində Narkomaniya və Narkobiznesə qarşı mübarizə ilə əlaqədar "Narkomaniya əsrin faciəsidir" mövzusunda dəyirmi masa təşkil edib.
Tədbirdə iştirak edən məktəblilərə narkotik vasitələrin insan orqanizminə vurduğu ağır fəsadlar barədə geniş məlumat verilib və bildirilib ki, narkomanlıq insanı fiziki cəhətlə yanaşı həm də ruhi cəhətdən şikəst edir. Məktəblilərə bu cür zərərli vərdişlərdən uzaq olmaq, sağlam şəxsiyyət kimi böyüyüb formalaşmaq tövsiyə olunub.