Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüseyn Arif - Azərbaycan poeziyasının sönməz ulduzu

14.05.2024

14 may 2024-cü il tarixində Ağstafa rayon Hüseyn Arif Ev Muzeyində Ağstafa şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə " Hüseyn Arif Azərbaycan poeziyasının sönməz ulduzu" mövzusunda tədbir keçrildi. İlk öncə məktəb şagirdləri muzeyin zəngin ekspozisiyası ilə tanış oldular.

Daha sonra  muzeyin əməkdaşı Quliyeva Səidə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi.Qeyd olundu ki, XX  əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii - poetik irs zəminində dəyərli əsərlər meydana gətirib.Muzeyin direktoru Rövşanə Mahmudova çıxışında şagirdlərə H.Arifin poeziya aləminin genişliyindən,əsərlərinin  məna qüdrətindən,şairin Azərbaycan ədəbiyyatına verdiyi töhvələrdən danışdı.Şagirdlər şairin şerlərini əzbər söyləyərək tədbirə rəng qatdılar.
Böyük ustadı dərin ehtiramla anırıq.