Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-də Beynəlxalq Ailə günü qeyd olundu

14.05.2024

14 may 2024-cü il tarixdə Ağstafa rayon MKS- nin Oxuculara xidmət şöbəsi 15 May - Beynəlxalq Ailə günü münasibətilə "Sağlam ailə, sağlam gələcəkdir" adlı tədbir təşkil edib.

Tədbirdə 43 illik həyat təcrübəsi olan Hacıyevlər ailəsi və gənc ailə Musayevlər ailəsi, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib.

Kitabxananın direktoru Solmaz Nağıyeva çıxış edərək, tədbirə dəvət edilmiş yaşlı və gənc ailəni bu gün münasibətilə təbrik edib.

 Tədbirin keçirilməsində məqsəd, ailə dəyərlərinin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması,ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliğ edilməsidir.

Tədbirin sonunda yaşlı və gənc ailəyə simvolik olaraq hədiyyə təqdim olunub.