Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyev ailə dəyərləri

15.05.2024

15 may 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Beynəlxalq Ailə Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ailə dəyərləri” adlı dəyirmi masa keçirib. Tədbirdə BDU-nun Qazax filialının bir qrup tələbəsi və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Fatma Hüseynova tarixi gün haqqında məlumatında qeyd edib ki, beynəlxalq aksiyaya 2008-ci ildən qoşulan Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi, mövcud probləmlərin həlli istiqamətində məqsədyönlü dövlət fəailyyəti həyata keçirilir. Ölkəmiz ailənin möhkəmliyi və ailə ənənələrinə sadiqlik, ailə dəyərlərinə, ləyaqətinə görə dünyada örnək ölkədir. Azərbaycanın milli- mənəvi dəyərlərinin qorunub saxlanılmasında misilsiz xidmətləri olan, hər sahədə, xüsusilə də ailə məsələsində şəxsi nümunəsi ilə örnək olan Ulu Öndər Heydər Əliyevin ideal ailə siyasəti haqqında söylədiyi qiymətli fikirlər hər birimiz üçün mirasdır: “Ailədə böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”.

 Tədbirdə çıxış edən tələbələr və kitabxana əməkdaşları sağlam ailənin sağlam gələcək, sağlam vətəndaş tərbiyəsi olduğunu qeyd ediblər. Gənclər erkən nigah və qohumluq nigahları kimi mənfi hallara qarşı etirazlarını bildirib, qızların təhsil almasının önəmli olduğuna dair fikirlər söyləyiblər.