08.05.2024
08.05.2024- cü il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 9 May- Faşizm Üzərində Qələbənin 79 - cu ildönümü münasibətilə "Tarixi Qələbədə Azərbaycanın rolu" adlı tədbir keçirilib.Tədbirdə İsmət Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər.Muzeyin bələdçisi Arzu Alıyeva çıxış edərək bildirib ki, müharibənin qələbə ilə başa çatmasında Azərbaycan xalqının misilsiz xidmətləri olub və Azərbaycan nefti olmasaydı bu müharibə bu qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi.Muzeydə sərgilənən müharibə iştirakçılarının şəxsi əşyaları,orden və medalları şagirdlərin böyük marağına səbəb olub.