Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hər şey cəbhə üçün, hər şey qələbə üçün

07.05.2024

7 may 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 9 May Faşizm Üzərində Qələbənin 79-cu ildönümü münasibətilə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün” adlı tədbir keçirilib. Tədbirdə Muzeyin direktoru Məhruzə Hüseynova çıxışında qeyd edib ki, bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar.

Sonra muzeyin əməkdaşları Qələbəmiz haqqında öz fikirlərini bildiriblər.