21.05.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi münasibətilə 21.05.2024-cü il tarixdə "Ətraf mühit və insan sağlamlığı" adlı tədbir keçirib.Tədbirdə iştirakçılara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin vacib olduğu bildirilib.Qeyd edilib ki, əgər biz təbiəti məhv etsək,ona qayğı ilə yanaşmasaq, özümüzü, öz sağlamlığımızı məhv etmiş olarıq.Mövzu ilə bağlı tərtib edilmiş sərgiyə baxış keçirilib.