18.05.2024
“18 may Beynəlxalq Muzey Günü” ilə əlaqədar olaraq Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət müəssisələrinin birgə iştirakı ilə tədbir təşkil edilib. Əvvəlcə Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivinin hazırladığı əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib,sonra mərkəzin muzey hissəsində Sevər Tağıyeva tədbir iştirakçılarına Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.Tədbir iştirakçıları Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tarixi abidələrlə bağlı təşkil etdiyi kitab sərgisi ilə də tanış olublar.Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov tədbir iştirakçılarını Muzey Günü münasibətilə təbrik edib və bildirib ki, hər il 18 may dünyanın 100 dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Daha sonra mövzu ətrafında digər tədbir iştirakçıları da ətraflı çıxış etdilər.