Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirildi

17.05.2024

Ağstafada 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə "Hər muzey bir abidədir" adlı tədbir keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon mədəniyyət işçiləri, müəllim və şagirdlər, rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, Keşikçidağ Dövlət Tarix-mədəniyyət Qoruğu, Hüseyn Arif Ev Muzeyi, Ağstafa Dövlət Rəsm Qalareyası səyyar ekspozisiya və müvafiq proqramlar ilə təmsil olunub, rəsm əsərləri sərgilənib.

Tədbirdə çıxış edənlər qeyd edib ki, gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, millimədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir.