Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi

17.05.2024

17 may 2024-cü il tarixində Qazax Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "18 May Beynəlxalq Muzeylər Günü" münasibətilə "Muzeylər Tarixi Ənənələrimizin Gələcəyidir " adlı tədbir keçirilib.İlk öncə 19 oktyabr 2016-cı il tarixində Cənab Prezident İlham Əliyevin Qazax  rayonuna rəsmi səfəri zamanı açılışını etdiyi  Tarix Diyarşünaslıq Muzeyinə həsr olunmuş video çarxa baxış keçirilib .Qazax Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayon üzrə nümayəndəsi V.Vəliyev muzey əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru G.Alişanova, Heydər Əliyev Mərkəzinin direktoru C.Hüseynova ,Qazax Dövlət Rəsm Qalereyasının direktoru M.Xəlilova ,M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeyinin direktoru M.Hüseynova,Səməd Vurğun Poeziya evinin direktoru M.Rəhimova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodika və biblioqrafiya şöbəsinin müdiri F.Hüseynova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə  Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin  Qazax rayonu üzrə baş mütəxəssisi S.Əliyeva çıxış edərək qeyd  etdilər ki,Beynəlxalq Muzeylər  Günü   İCOM-un təşəbbüsü ilə 1977- cı ildə təsis edilib.Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.Muzeylər keçmişi bu günə daşıyan qoruyan, saxlayan,öyrənən və nümayiş etdirən maddi- mənəvi dəyərlər xəzinəsidir. Müstəqillik dövründə ölkəmizdə 50- dən çox yeni muzey açılıb,onlarla  muzey binası əsaslı bərpa  və yenidənqurma işlərindən sonra istifadəyə verilib.Ötən dövrdə ölkədə muzey işinin dünya standartları səviyyəsində qurulması,maddi- texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya -kommunikasiya texnologiyalarının tətbiqi, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsi sahəsində önəmli işlər görülüb.Prezident İ.Əliyev tərəfindən 2007- ci ildə  imzalanan"Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" sərəncamı, habelə 22 may 2009-cu il tarixli sərəncamla təsdiq olunan "Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq  və zəruri eksponatlarla  təchizatına dair xüsusi "Tədbirlər Planı"ölkə rəhbərliyi  səviyyəsində bu sahənin daim diqqət mərkəzində saxlandığını göstərir.Ulu öndərin bu istiqamətində  əməli fəaliyyəti  müstəqil Azərbaycanın bu gününə böyük tövhə verib.Heydər Əliyevin vaxtilə Azərbaycan üçün ,xalq  üçün əzm və fədakarlıq göstərərək bu gün mədəni sərvətlərin mühafizəsi istiqamətində muzeylərin diqqət və qayğıya ehtiyac olduğunu,dünənimiz və bu günümüzlə bağlı dəyərləri gələcək  nəsillər üçün  mühafizə edən muzeylərin gördüyü işləri  göz önünə qoyub. Bu gün mədəni sərvətlərin mühafizəsi işində ən güvənli müəssisə olan muzeylərin  daha da irəliləməsi üçün Heydər Əliyevin yolu ən doğru yoldur.