17.05.2024
17may 2024-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Beynəlxalq muzeylər günü ilə əlaqədar "Muzeylər milli sərvətimizdir" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.
Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər deyə çıxışçılar söylədilər.
Daha sonra tədbir Tovuz rayon Aşıq Əsəd Rzayev adına 7illik uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında musiqi proqramları ilə davam edib.