31.05.2024
31 may 2024-cü il tarixdə 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar Tovuz rayon Heydər Əliyev Mərkəzinin kollektivi Bənövşə uşaq baxçası körpələr evində "Gününüz mübarək əziz uşaqlar" adlı tədbir təşkil edib.
Tədbirdə ilk öncə körpə fidanlar Azərbaycan Respublikası Dövlət Himnini səsləndirib.
Daha sonra tədbirin bədii hissəsinə keçilib.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin illərdə ən məhsuldar və uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib.
Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq. Qoy həmişə sülh olsun!