11.06.2024
11 iyun 2024-cü il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzində MKS-nin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları günü ilə bağlı "Hüquqlarımızı qoruyaq" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Beynəlxalq aləmdə insan haqları BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi ilə qanuniləşdirilib. İnsan haqları bir çox hallarda bütün insanların eyni haqqa malik olması ideyasına uyğun şəkildə belə ifadə olunur: "Hər bir insan onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan haqlarına və azad olmaq hüququna malikdir".
Sevindirici haldır ki, bugünkü inkişafı ilə bölgədə və dünyada söz sahibinə çevrilən Azərbaycanda insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin təsdiqi, bir sıra uğurlu islahatların aparılması insan hüquqlarının müdafiəsi baxımından mühüm təcrübə formalaşdırmasına imkan yaradıb deyə çıxışçılar söyləyib.
Sonda şagirdlərlə diskusiya xarakterli söhbətlər aparilaraq tədbir iştirakçıları marifləndirilib.