11.06.2024
11.06.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin, Gədəbəy rayon İcra Hakimiyyətinin və Gəncə Regional Ombudsman Aparatının birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı çərvivəsində" "Heydər Əliyev və Azərbaycanda İnsan Hüquqları" mövzusunda tədbir keçirilib.
Tədbirdə Gədəbəy rayon prokurorunun köməkçisi Ləman Bayramlı, Gədəbəy rayon Polis şöbəsinin əməkdaşı Bünyad İmamquliyev, eyni zamanda rayon ümumtəhsil məktəblərində çalışan psixoloqlar, uşaq birliyi təşkilatı rəhbərləri və təşkilatçı müavinlər, Gədəbəy Peşə liseyinin müəllim və şagird kollektivi iştirak edib. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirlib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Açılış nitqini Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov edərək bildirib ki, Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur. Müxtəlif sahələr üzrə qəbul edilən qanun və məcəllələr Azərbaycan Respublikası qanunvericilik sisteminin güclənməsinə səbəb olmuşdur. Daha sonra mövzu ətrafında Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Allahverdiyeva, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Vətən müharibəsi iştirakçısı Etibar Əliyev də çıxış edib.