12.06.2024
12 iyun 2024-cü il tarixində M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 15 iyun Milli Qurtuluş günü münasibətilə "Qurtuluşa gedən yol" adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru Məhruzə Hüseynova tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü il 15 iyun tarixinin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu qeyd edib. Direktor bildirib ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradanın Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndər Heydər Əliyev olduğunu qeyd edən Məhruzə Hüseynova tarixin əbədiliyi, zamanın dolğunluğu, keşməkeşliyi, bəşəriyyətin isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borclu olduğunu vurğulayıb. Daha sonra muzeyin əməkdaşları Sevda Məmmədova və Esmira Qəribova çıxış edərək öz fikirlərini bildiriblər.