12.06.2024
12.06.2024-cü il tarixdə Tovuz Dövlət Peşə Təhsil Mərkəzində Tovuz Rayon İcra Hakimiyyətinin, Tovuz rayon H.Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin və digər müəssisələrin əməkdaşlarının iştirakı ilə 18 May-18 İyun ‘İnsan hüquqları aylığı çərçivəsində "Hüquqlarımızı qoruyaq!" adlı tədbir keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir.Hüquqi, demokratik və vətəndaş cəmiyyətli dövlət quruculuğunda inamlı və qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"ndan irəli gələn müddəalar 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyilə qəbul olunmuş, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın da başlıca qayəsini təşkil edib.