Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ’’Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi’’ mövzusunda tədbir keçirilib

13.06.2024

İyunun 13-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş '' Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi'' mövzusunda tədbir keçirilib

Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Ağstafa Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin məsul əməkdaşları iştirak ediblər.

İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycanın qurtuluş tarixini özündə əks etdirən film izlənildikdən sonra tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin sektor müdiri Sahib Ələsgərov, Ağstafa rayon Heydər Əliyev Mərkəzin direktoru Ləman Cəlilova, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin metodisti Kifayət Əlisgəndərova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa Nümayəndəliyinin əməkdaşı İlqar Eminov, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Ağstafa Filialının sədri Ceyhun Əliyev, SSRİ idman ustası qocaman müəllim Aydın Tağızadə çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış "15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü" Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 
Çıxış edən natiqlər qeyd ediblər ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanan  Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı xaos və anarxiya respublikanı bürüdüyü bir vaxtda xalqın təkidi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa təhlükədən xilas etdi və Heydər Əliyevin adı tariximizə böyük xilaskar kimi düşdü.