15.06.2024
Şəmkirdə 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkil etdiyi "Qurtuluşumuz əbədidir" adlı kitab sərgisinə baxış keçirib. Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinim başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən danışıb.
Çıxışlardan sonra yerli mədəniyyət işçiləri tərəfindən Ulu öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib.