25.06.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi tədbirlər planına uyğun olaraq Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar 25.06.2024-cü il tarixdə "Gələcəyimizi məhv olmaqdan qoruyaq" başlığı altında tədbir təşkil edib.Kitabxananın əməkdaşı Leyla Məhəmmədli tədbir iştirakçılarına bildirib ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir. Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. İştirakçılar mövzuya aid ədəbiyyatla tanış olublar.