25.06.2024
25 iyun 2024-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü ilə əlaqədar "Ordumuz Qürurumuzdur " mövzusunda tədbir təşkil olunub.
Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxananın və Tarix -Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə ilk öncə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranma tarixi haqqında məlumat verib və bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə XXI əsr dünya hərb tarixinə qızıl hərflərlə yazılan qələbəsi və unikal döyüş taktikasına malik Milli Ordumuzun rəşadəti ilə hər bir azərbaycanlı qürur duyur və fəxarət hissi keçirir. Sonra tədbirdə iştirak edən şəhid anası Aytəkin İsmayılova Vətən Müharibəsi şəhidi Ceyhun İsmayılov haqqında xatirələni bölüşüb.
Sonda tədbirə dəvət almış 6 saylı Körpələr evinin fidanları öz ifalarında qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndiriblər.