25.06.2024
25.06.2024-cü il tarixdə Tədbirlər planına uyğun olaraq Gədəbəy rayon mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar " Müzəffər ordu" adlı tədbir təşkil edilib. Öncə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra bu günün tarixindən danışaraq bildirilib ki, 1992-ci il oktyabrın 9-da isə silahlı qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır. Mövzu ətrafında 44 günlük Vətən Müharibəsi iştirakçısı Etibar Əliyev də çıxış edərək, göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə öz minnətdarlığını ifadə edib. Sonda tədbir iştirakçıları "26 iyun Silahlı Qüvvələr Günü" ilə bağlı hazırlanmış sənədli filmə baxış keçiriblər.