Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır ” mövzusunda tədbir keçirilib

27.06.2024

İyunun 27-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsinin, YAP Ağstafa rayon Təşkilatının, Ağstafa rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır ” mövzusunda tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, YAP Ağstafa rayon Təşkilatının, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin və Ağstafa rayon Polis Şöbəsinin əmakdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinim direktoru Ləman Cəlilova tədbirin məqsəd və əhəmiyyətindən danışaraq, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib. 

 Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov, YAP Ağstafa Rayon Təşkilatının əməkdaşı Aytən Məmmədli, Ağstafa rayon Rəsm Qalereyasının əməkdaşı Samirə Yolçuyeva müasir dövrümüzdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici tədbirlərin təşkilinin zəruriliyindən danışıblar. Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyü qeyd edilib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdə hər kəsin dəstək verməli olduğu diqqətə çatdırılıb.

Tədbirdə həmçinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa rayon Komitəsinin sədri Gülgün Kərimov tərəfindən Ağstafa rayon Heydər Əliyev Mərkəzinə xatirə olaraq Ümummilli Lider Heydər Əliyevin portreti hədiyyə edilib.