28.06.2024
28 İyun 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında rəsm dərnək şagirdlərinin əl işlərindən ibarət "Danışan rənglər" başlıqlı 2024-cü ilin birinci yarımillik yekun yaradıcılıq sərgisi keçirilib.Tədbirdə mədəniyyət müəssələrinin əməkdaşları, Ağstafa şəhər 2saylı Uşaq bağçasının kollektivi və dərnək üzvləri iştirak ediblər.Rəsm Qalereyasının direktoru Gülgün Kərimov cıxış edərək bildirib ki, dərnək üzvlərinin rəsm əsərlərinin numayiş olunması üçün açılan sərgilər onların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıyır. Daha sonra dərnək üzvlərinin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.Dərnək üzvlərinə ilboyu göstərdikləri nəticələrə görə MİHİ- nin Ağstafa rayon şöbəsi tərəfindən hədiyyələr təqdim olundu.Sonda xatirə şəkli çəkildi.