Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası “Naxçıvanın qədim tarixi və görkəmli şəxsiyyətləri” adlı tədbir keçirib

28.06.2024

28  iyun 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Tədbirlər Planına əsasən “Naxçıvanın qədim tarixi və görkəmli şəxsiyyətləri” adlı tədbir keçirib. Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbə müdiri Fatma Hüseynova çıxışını Ümummilli liderimiz Heydər Əliyevin  Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən, eyni zamanda Türkün ulu yurdu olan qədim Azərbaycan torpağı Naxçıvan haqqında söylədiyi qiymətli fikirlərlə açıb: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.
Şöbə müdiri Bəsdi Məmmədova qədim tarixə malik Naxçıvanın çoxəsrlik zəngin keçmişindən, elmi-mədəni həyatında özünəməxsus rolu olan görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verib.
Çıxış edənlər Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan Atabəylər-Eldəgizlər dövlətinin tarixindən, bu qədim diyarın yetirdiyi əvəzsiz simalardan olan memarlıq məktəbinin banisi Əcəmi Naxçivani, milli maarifçilik məktəbinin banilərindən olan Cəlil Məmmədquluzadə, görkəmli alim Yusif Məmmədəliyev, eləcə də Bəhruz Kəngərli, Hüseyn Cavid, Məmməd Səid Ordubadi və.s bu kimi görkəmli şəxsiyyətlər, xüsusilə də müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi lider Heydər Əliyev haqqında məlumatlar söyləyiblər.
Tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə  həsr olunmuş  “Naxçıvan- Əfsanələr Diyarı, Qədim Mədəniyyət Beşiyi”  adlı sərgi ətrafında diskussiya ediblər.