12.07.2024
Şəmkir rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi Tovuz döyüşlərinin dördüncü ili ilə əlaqədar olaraq 12.07.2024-cü il tarixdə "Böyük zəfərə gedən yolun addımları" adlı tədbir təşkil edib. Əvvəlcə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın əməkdaşı Aidə Allahverdiyeva çıxış edərək bildirib ki, dörd il əvvəl iyulun 12-dən 17-dək davam edən Tovuz döyüşləri Qələbəyə gedən yolda çox mühüm mərhələ oldu. Həmin döyüşlərdə şəhid olanların əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq, onların qəhrəmanlığı nəsillərdən-nəsillərə keçəcək. Tovuz döyüşləri məhz bu mənada Böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Milli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi. Daha sonra mövzu ilə bağlı tərtib edilmiş kitab sərgisinə baxış keçirilib, videoçarx izlənilib.