Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Tovuz döyüşləri- Böyük Qələbənin başlanğıcı” adlı tədbir keçirilib

12.07.2024

12 iyul 2024-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon Mədəniyyət müəssisələrinin birgə  təşkilatçılığı və şəhid ailələrinin də iştirakı ilə 12 iyul 2020-ci il Tovuz döyüşləri ilə əlaqədar "Tovuz döyüşləri- Böyük Qələbənin başlanğıcı" mövzusunda tədbir təşkil edilib.
 Öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki,  Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə daha bir şərəfli səhifə-Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Ordumuzun  Böyük Qələbəyə doğru irəliləməsi Aprel döyüşləri və Günnüt əməliyyatından sonra Tovuz döyüşlərindən keçdi və Tovuz döyüşləri xalqımızın yaddaşına Zəfər döyüşü kimi həkk olundu.