Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sazlı-sözlü kələğayı” günləri qədim Gədəbəy diyarında

07.05.2024

“Sazlı-sözlü kələğayı” günləri qədim Gədəbəy diyarında

Gədəbəydə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə “ Sazlı-sözlü Kəlağayı günləri” adlı layihə çərçivəsində tədbir keçirilib.

Gədəbəy Aşıq Məktəbində təqdim olunan tədbirdə ilk olaraq vətən uğrunda canından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populiyarlığını daha da artırmaq olduqca vacibdir.

Tədbir nəticəsində sazlı-sözlü konsert, ''Anam kəlağaylı bir muğamıydı...'' kitabının təqdimatı və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.

Tədbir ədəbi-bədii hissə ilə davam edib, mövzuya uyğun musiqi nömrələri və şeirlər səsləndirilib.

Qeyd edək ki, Kəlağayı 2014- cü ildə Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilib və beynəlxalq səviyyədə tanıdılmasına səbəb olub. Bu il bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, müxtəlif bölgələrdə silsilə tədbirlər keçirilir və ilin sonuna qədər davam etdiriləcək.

#QazaxTovuzRMİ #mədəniyyət #kəlağayı #sazlısözlükəlağayı #gədəbəy