19.07.2024
19 iyul 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanası Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar "Azad media Azərbaycanın misilsiz mənəvi sərvətidir" mövzusunda sərgi və dəyirmi masa təşkil edib.
Tədbirdə çıxış edənlər Azərbaycan mətbuatının yaranması və keçdiyi tarixi yol barədə məlumat verib və bildiriblər ki, Azərbaycan dövri mətbuatının bünövrəsi sayılan " Əkinçi " qəzeti Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli və qürurlu bir səhifə açmışdır. Belə ki, "Əkinçi" qəzetinin başlanğıcını qoyduğu milli mətbuat tariximiz neçə - neçə mətbu və ədəbi məktəbin formalaşmasına təkan verib, xalqın kamilləşməsinə, maariflənməsinə, milli -azadlıq hərəkatının güclənməsinə birbaşa təsir göstərmişdir. Bu gün Azərbaycanda mətbuatın xidməti yüksək qiymətləndirilir, jurnalistikanın və mətbuat azadlığının inkişafına xüsusi önəm verilir.
Sonda Azərbaycan mətbuatı tarixinə həsr olunmuş kitablardan təşkil olunmuş sərgiyə baxış olub.