Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Azad Media Azərbaycanın mənəvi sərvətidir” adlı dəyirmi masa keçirilib

22.07.2024

22 iyul 2024-cü il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar olaraq "Azad Media Azərbaycanın mənəvi sərvətidir" adlı dəyirmi masa keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, dövrün görkəmli ziyalısı, təbiətşünas-alim, maarifçi Həsənbəy Zərdabinin 1875-ci il iyul ayının 22-si "Əkinçi" qəzetinin nəşrə başlanması ilə Azərbaycan tarixində Milli Mətbuatımızın əsası qoyulmuşdur.  "Əkinçi " qəzeti həqiqət carçısı olmuş, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.
Çıxış edənlər qeyd ediblər ki, "Əkinçi" qəzetinin cəmi 56sayı işıq üzü görsə də onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Bu gün müstəqillik yolu ilə inamla irəlləyən və hər tərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılır. Bir sıra uğurlu layihələr həyata keçirilir. 
Tədbir iştirakçıları oxu zalında təşkil edilmiş "22 İyul Milli Mətbuat Günüdür" başlıqlı sərgidə mövzuya uyğun kitablarla tanış olublar.