Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyasında  “Mətbuat  günü ” mövzusunda tədbir keçirilib

22.07.2024

22 iyul 2024-cü il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında  “Mətbuat  günü” mövzusunda tədbir keçirildi. Qalereyanın direktoru 
 çıxışında  qeyd etdi ki, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir və böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı və "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.