Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Heydər Əliyev və müasir gənclik” mövzusunda dəyirmi masa keçirilib

25.07.2024

25.07.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə "Heydər Əliyev və müasir gənclik" mövzusunda dəyirmi masa keçirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlndan keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Mərkəzin elmi işçsisi Zamiq Söyünov açaraq bildirib ki, Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Daha sonra mövzu ətrafında Gənclər və idman sektorunun müdiri Röyal İsmayılov da çıxış edib. Sonda gənclər Mərkəzin muzey hissəsinə ekskursiya ediblər. Mərkəzin əməkdaşı Zamiq Söyünov gənclərə Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.