Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası kitab müzakirəsi keçirib

26.07.2024

26 iyul 2024-cü il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Qədim Yurd  Yerimiz-Qərbi Azərbaycan "İrəvan necə varsa", “Keçmişdən bu günə” kitabının müzakirəsi keçirib. Tədbirdə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Qazax rayonu üzrə baş mütəxəssisləri Əliyeva Səadət  və Rəfiyeva Cəvahir, bir qrup tələbələr, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. İlk öncə vətən torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova bildirib ki, kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunmuşdur. Kitab 6 fəsildən ibarətdir. İrəvan şəhərinin coğrafiyası, ermənilərin və Ermənistan dövlətinin İrəvan azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, Qərbi Azərbaycanın toponimyası və epiqrafik abidələrin araşdırılması Azərbaycan mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, folklor ədəbi mühit mətbuat teatr, memarlıq və s. məsələlər öyrənilmişdir.
Tədbirdə iştirak edən Əliyeva Səadət İrəvan şəhərində Azərbaycan milli-mədəni və tarixi irsinin sonuncu yadigarı –Tərəbaşı məhəlləsinin tarixi bu günü və mühafizəsi məsələləri haqqında məlumat verib.
Çıxış edənlər qeyd ediblər ki , “İrəvan necə varsa -Keçmişdən bu günə kitabı “ Ulu Öndərin və Prezident İlham Əliyevin çağırışlarına sanballı elmi töhvədir. Kitabda tədqiq edilən bütün problemlər Qərbi Azərbaycan tarixi və onun həyatının bütün sahələrinə dair materiallar konteksində nəzərdən keçirilmişdir, bu da kitabın əhəmiyyətini daha da artıraraq, onun bu sahə üzrə unikal vəsaitə çevirmişdir.