30.07.2024
30 iyul 2024-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "İnsan alveri ümumbəşəri sosial bəladır" mövzusunda məlumat saatı təşkil edilib.
Tədbirdə çıxış edənlər bu günün mahiyyəti barədə ətraflı məlumat verib bildiriblər ki, insan alveri zor tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilən cinayətdir. Bu günün qeyd olunmasında məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması və ictimayyətin diqqətinin insan alverinin qurbanı olan şəxslərin üzləşdiyi problemlərə yönəldilməsidir.