12.08.2024
12 avqust 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan Dövlətinin Gənclər siyasəti” adlı görüş keçirib. Mədəniyyət Mərkəzinin foyesində bir qrup gənclərin iştirakı ilə təşkil olunan görüşdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın gənclər siyasəti haqqında söhbət zamanı nəzərə çatdırılıb ki, milli və dövlətçilik maraqları ilə inkişaf edib təkmilləşən Azərbaycan dövlətinin gənclər siyasəti nəticəsində bu gün hər bir sahədə inamla irəliləyən müstəqil, torpaqlarının bütövlüklə sahibi olan Azərbaycan Dövlətində gənclər Vətəninə, milli- mənəvi dəyərlərinə sadiq, sonsuz bağlılıq və məhəbbətlə tərbiyə alır və inkişaf edirlər.... Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Vətən topraqlarının azadlığı, tarixi ədalətin bərpası uğrunda qurban gedən vətənpərvər ruhda formalaşmış gənclərin sayəsində Vətənimizin, Dövlətimizin, Ordumuzun şöhrəti yüksəklərə qalxdı.
Müxtəlif sahələrdə təhsil alan gənclər fikir mübadiləsi aparıb, sevdikləri şeirlərdən söyləyib, əyləncəli-düşüncəlisuallarla yarış keçirib, müxtəlif sahəni əhatə edən yeni kitablarla tanış olublar. Xüsusi ehtiramla Şəhidlərə həsr olunmuş sərgi ətrafında fikirlər söyləyiblər. Dövlətimizin xüsusi diqqət və qayğısını hər an hiss edən gənclər dünyagörüşlərinin, intellektual səviyyələrinin hərtərəfli inkişafında kitabın, kitabxananın rolunu yüksək qiymətləndirib, Gənclər gününün mənalı keçirilməsində əməyi olanlara minnətdarlıq ediblər.