Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Milli sərvətimiz Muğamı bəşəri musiqiyə çevirənlər” adlı tədbir keçirilib

26.08.2024

26 Avqust 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası Mədəniyyət Mərkəzinin foyesində “Milli sərvətimiz Muğamı bəşəri musiqiyə çevirənlər” adlı tədbir keçirib. Tədbirdə bir qrup fəal oxucu və kitabxana əməkdaşları  iştirak edib. Oxuculara xidmət şöbəsinin əməkdaşı “Milli sərvətimiz Muğamı bəşəri musiqiyə çevirənlər” adlı məruzə ilə çıxışında  xalqımızın qədim, zəngin musiqi mədəniyyətinin, dünya musiqi xəzinəsinin  incisi olan Azərbaycan muğamı, muğam sənətinin yaşadılması və inkişafı, onun qorunub saxlanması və tanıdılmasında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxşaxəli silsilə tədbirlər haqqında ətraflı məlumatında bildirib ki, “Bütün fəaliyyətimdə, bu günki çox məsuliyyətli vəzifəmdə mənim güc mənbəyim xalqımdır” kimi qiymətli fikirlər söyləyən Azərbaycan Respublikasının  Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə sülhün və əmin-amanlığın hökm sürməsi, xalqımızın firavan yaşamasının təəssübkeşi olaraq yorulmaz fəaliyyət göstərir. Onun işıqlı əməlləri sayəsində hər bir sahədə əsaslı dəyişikliklər, yeniliklər baş verib. O, Azərbaycan mədəniyyətinin hamisi olaraq mədəniyyətimizin, milli musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində yüksək xidmətlər göstərmişdir. 
Azərbaycanın zəngin mədəni irsini dünyaya daha çox tanıdan, təbliğ edən Azərbaycan Respublikasının  Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın anadan olmasının 60 illiyinə həsr olunmuş “Əzmkar İnsan, Humanizm və İnsanpərvərlik Örnəyi” sərgidə vətənpərvər, cəsarətli olduğu qədər də mərhəmətli və şəfqətli olan Mehriban xanımın  uzaqgörən ictimai-siyasi fəaliyyətini, Azərbaycan muğamının inkişafındakı rolunu əks etdirən nəşrlər oxucular tərəfindən maraqla izlənilib.