06.09.2024
06 sentyabr 2024 - cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş "Dövlət Proqramı" ilə əlaqədar Xətai kəndində toplantı keçirdi. Toplantıda hər il müntəzəm olaraq barama yetişdirilməsində əməyi olan Xətai kənd sakinləri iştirak edirdi. Toplantıda çıxış edənlər Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpasının kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilməsindən söhbət açdılar.
O cümlədən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülməsini diqqətə çatdırdılar.
Baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilyindi xüsusi vurğuladılar. Xətai kənd sakini Nadir Qocayev ailə üzvləri, yaxınları ilə birlikdə hər il barama yetişdirdiyini və bundan 2 min , 1500 manat gəlir əldə etdiyini bildirdi. Kənd sakinləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə kənd təsərrüfatının inkişafında, taxılçılıq, arıçılıq, baramaçılıqla və digər sahələr ilə məşğul olan insanlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.