07.09.2024
07 sentyabr 2024 - cü il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş " Dövlət Proqramı" ilə əlaqədar Dağkəsəmən kəndində toplantı keçirib. Toplantıda hər il barama yetişdirilməsində fəal olan kənd sakinləri iştirak edib.
Toplantıda çıxış edənlər Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüşün keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf etdiyini bildirdilər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış tədbirlər arasında Azərbaycan Respublikasında ipəkçiliyin gələcək inkişafına dair tədbirlərin olduğunu xüsusi vurğulayıblar. Bu gün ulu öndər Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində xüsusi rolu olduğunu bildirdilər. Çıxışlarda o cümlədən qeyd olundu ki, Dövlət Proqramının həyata keçirilməsi ümumilikdə ölkədə ipəkçiliyin və ona xidmət edən altsahələrin kompleks inkişafı istiqamətində aparılan işlərin daha da gücləndirilməsinə təkan verəcəkdir.